Avropa Çempionatı: Daha 4 təmsilçimiz mübarizəyə qoşulur
Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın 3-cü günündə qadın güləşçilər mübarizəyə qoşulublar.
48 kq çəki dərəcəsində Anna Pavliv ölkəmizin uğurları üçün çalışacaq.
55 kq-da Almaz İsmayılova, 60 kq-da isə Tatyana Omelçenko fəxri kürsüyə qalxmaq uğrunda mübarizə aparacaq.
69 kq çəki dərəcəsində isə Elis Manolova qalib adı uğrunda yarışacaq.
Xatırladaq ki, iki gündən sonra komandamızın aktivində 1 gümüş və 2 bürünc medal var.