Avropa çempionatı: Daha iki güləşçimiz qızıl medal qazandı
Azərbaycanın daha iki sərbəst güləşçisi Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb.
Sportline.az xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən Kənan Heybətov finalda Ermənistan təmsilçisi Levik Mikaelyana 8:5 hesabı ilə qalib gəlib.
74 kq-da yarışan Cəbrayıl Hacıyev qızıl medal uğrunda görüşdə türkiyəli Taner Qaripdən güclü olub - 12:2. 125 kq-dakı Aydın Əhmədov isə finalda Lyova Gevorqyana (Ermənistan) uduzaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, daha əvvəl digər sərbəst güləşçi Turan Bayramov (75 kq) Avropa çempionu olub.