Avropa çempionatı: Mircəlal və Nurməhəmməd qızıl, Murad gümüş medal qazandı

Bolqarıstanın Ruse şəhərində güləş üzrə Avropa çempionatı (U-23) davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə sərbəst güləşçilər mübarizəyə qoşulublar. 

57 kq-da yarışan Mircəlal Həsənzadə və 97 kq çəki dərəcəsində qüvvəsini sınayan Nurməhəmməd Hacıyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.74 kq-dakı təmsilçimiz Murad Süleymanov isə gümüşə yiyələnib.

65 kq da yarışan Teymur Məmmədov 1/4 finalda uduzub. Rəqibi finala yüksəlmədiyindən Teymur təsəlliverici görüşlərə qatla biməyib.

Beləliklə, beş gündən sonra komandamızın aktivində 3 qızıl, 3 gümüş və 5 bürünc medal var.