Avropa çempionatı üçün heyət açıqlandı
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, baş məşqçi Fərid Cəlilov Avropa çempionatının seçmə mərhələsi üçün 13 oyunçuya dəvət göndərib.
O, Avropa Oyunları ilə müqayisədə heyətdə 3 dəyişiklik edib. Belə ki, özü karyerasını bitirdiyi halda, Kənan Allahverdiyev yığmaya çağırmağa ehtiyac duymayıb. Həmçinin millimizin aparıcı üzvlərindən olan Yevgeni Kovalenko da əsas komanda ilə vidalaşıb. 2002-ci ildən yığmamızın şərəfini qoruyan hücumçu da karyerasını başa vurub.
Bu oyunçuların əvəzinə isə Vüsal Rüstəmov, Aqil Ağazadə və Asif Əliyev yenidən milliyə qayıdıblar.
Toppaylayıcılar: 2. Tural Həsənli, 13. Aleksey Çervyakov
Blokçular: 6. Elmin Alışanov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 17. Vüsal Rüstəmov
Hücumçular: 1. Vüqar Bayramov, 3. Cavid Süleymanov, 4. Aqil Ağazadə, 5. Vadim Kutukov, 14. Rəsul İbrahimov
Liberolar: 7. Emil Abdullayev, 11. Asif Əliyev
Qeyd edək ki, Azərbaycan Avropa çempionatında Gürcüstan, İsveç və İsveçrə ilə I qrupunda yer alıb. Oyunlar isə mayın 19-21-də Tiflisdə keçiriləcək.