Avropa çempionatı: Yarımfinal cütlükləri bəllidir

Serbiyada keçirilən futzal üzrə Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, artıq yarışda 1/4 final mərhələsi yekunlaşıb. Keçirilən oyunlardan sonra yarımfinala vəsiqə qazanan komandaların adları bəlli olub. 

Beləliklə, finala vəsiqə uğrunda bu qarşılaşmalar baş tutacaq:

11 fevral 2016

21:30. Serbiya - Rusiya
00:00. İspaniya - Qazaxıstan


Qeyd edək ki, yarışın 3-cü yer uğrunda və final oyunları fevralın 13-də keçiriləcək.