Avropa çempionatında 14 cüdoçumuz yarışacaq
İyunun 23-26-da Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək.
Sportline.az xəbər verir ki, 40 ölkədən 426 idmançının qatılacağı qitə birinciliyində Azərbaycan 14 cüdoçu ilə təmsil olunacaq.
Oğlanlar: Məhəmməd Məmişov, Xalid Məmmədov (hər ikisi 50 kq), Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq), Nicat Nağıyev, Abil Yusubov (hər ikisi 66 kq), Əli Hacızadə, Süleyman Əliyev (73 kq), Camal Bağışov (81 kq), Ramazan Əhmədov (+90 kq).
Qızlar: Xumar Qasımzadə (44 kq), Aydan Vəliyeva (48 kq), Vüsalə Hacıyeva, Fidan Qasımova (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq).
Bu gün Xorvatiyaya yola düşən cüdoçularımız iyunun 23-25-də fərdi, 26-da isə komanda yarışında iştirak edəcək