Avropa Liqasında həftənin futbolçusu adına namizədlər

UEFA Avropa Liqasında 1/6 final mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

Sportline.az xəbər verir ki, bu ada İngiltərənin "Mançester Yunayted" klubundan Brunu Fernandeş, "Tottenhem"dən Qaret Beyl, Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasından Bruno Petkoviç və Almaniya "Hoffenhaym"ından Munas Dabbur idda edirlər.

Fernandeş səfərdə İspaniya “Real Sosyedad”ına 4:0 qalib gəldikləri matçda dubl edib. Beyl Avstriyada "Volfsberq”i 4:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.

Bruno Petkoviç Rusiyada “Krasnodar”ı 3:2 hesabı ilə yendikləri, Munas Dabbur isə Norveç "Molde"si ilə 3:3 hesablı bərabərə qaldıqları qarşılaşmada dubla imza atıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.