Avropa Liqasında tamaşaçı rekordu

Avropa Liqasında yeni tamaşaçı rekordu müəyyənləşdirib.

Sportline.az xəbər verir ki, bu haqda UEFA-nın saytı məlumat yayıb. Dünən "Nou-Kamp"da keçirilən "Barselona" - "Mançester Yunayted" matçını stadiondan canlı olaraq 90 min 255 tamaşaçı izləyib. Daha öncə rekord 2017-ci il fevralın 23-də 1/16 final mərhələsinin “Tottenhem” – “Gent” matçının keçirildiyi “Uembli”də (80 nin 465 nəfər) qeydə alınmışdı.

Xatırladaq ki, "Barselona" - "Mançester Yunayted” oyunu 2:2 hesabı ilə yekunlaşıb. Bu komandaların cavab qarşılaşması fevralın 23-də Mançesterdə keçiriləcək