Avropanın ən nüfuzlu 3 klub turnirində də italiyalı məşqçilər finaldadır

Bu mövsüm hər 3 UEFA klub turnirinin finalında italiyalı baş məşqçi olacaq.

Sportline.az xəbər verir ki, Karlo Ancelotti "Real Madrid"lə ÇL-nın finalında, Cian Piero Qasperini "Atalanta" ilə Avropa Liqasının finalında, Vincenzo İtaliano isə "Fiorentina" ilə Konfrans Liqasının finalında iştirak edəcək.

Qeyd edək ki, Papa Karlo karyerasında 4 dəfə Çempionlar Liqasının qalibi olub.

Vincenzo İtaliano ötən mövsüm də "Fiorentina" ilə Konfrans Liqasının finalına çıxsa da , "Vest Hem"ə uduzaraq ikinci olmuşdu.

Cian Piero Qasperini isə məşqçi olaraq ilk dəfə bir UEFA turnirinin finalındadır.