Türkiyə millisi Avstraliya komandasına məğlub oldu
14 iyun tarixində DÇ-2026-nın qrup mərhələsi çərçivəsində 4 matç keçirilir.
Sportline.az xəbər verir ki, Türkiyə millisi də bu gün mundialda mübarizəyə başlayıb.
Vinçenso Montellanın komandası D qrupunda Avstraliya ilə qarşılaşıb. Beləliklə, qardaş ölkənin millisi 24 il sonra ilk dəfə dünya çempionatında oyuna çıxıb. Görüş isə Avstraliyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
C qrupunda isə Braziliya Mərakeşlə üz-üzə gəlib (1:1). Haiti Şotlandiya ilə qarşılaşıb. E qrupunda isə Almaniya yığması Kürasaonu sınağa çəkəcək.
14 iyun
D qrupu
08:00. Avstraliya – Türkiyə - 2:0
Qollar: Nestori İrankunda, 7, Konnor Metcalfe, 75
13 iyun
ABŞ - Paraqvay - 4:1

C qrupu
02:00. Braziliya – Mərakeş - 1:1
Qollar: İsmael Saybari, 21 (0:1), Vinisius Junior, 32 (1:1)
05:00. Haiti – Şotlandiya - 0:1
Qol: Con Makqin, 28

E qrupu
21:00. Almaniya – Kürasao
15 iyun
03:00. Kot-d`İvuar - Ekvador
