"Axmat Qrozni"dən ardıcıl 5-ci qələbə

"Axmat" Rusiya Premyer Liqasında ardıcıl 5-ci qələbəsini qazanıb.

Sportline.az xəbər verir ki, Maqomed Adiyevin rəhbərlik etdiyi "Axmat" "Krılya Sovetov"u səfərdə 2 cavabsız qolla məğlub edib.2-0.

"Axmat"a qələbə gətirən qolları 45+1 ci dəqiqədə Mohamed Konate və 62-ci dəqiqədə  Bernard Berişa vurub.

Xatırladaq ki, "Axmart Qrozni" aprelin 4-də "Orenburq"la keçirilən kubok oyunundan (0-1) sonra baş məşqçi Miroslav Romaşenko ilə yollarını ayırmış, əvəzində bu posta Qazaxstan millisinin çalışdırıcısı Maqomed Adiyevi gətirmişdi.

Qeyd edək ki, "Axmat" bu qələbə ilə xallarının sayını 35-ə çatdıraraq 10-cu pilləyə yüksəlib. 6-cı sıradakı "Krılya"nın 28 xalı var.