“Ayaks” baş məşqçini istefaya göndərdi
“Ayaks” baş məşqçisi Alfred Şrederi istefaya göndərib.
Sportline.az xəbər verir ki, bu haqda Amsterdam təmsilçisinin saytı məlumat yayıb.
Holland mütəxəssis 2022-ci ilin iyulun 1-də bu vəzifəyə gətirilmişdi. Onun rəhbərliyi altında komanda bütün turnirlərdə 25 oyun keçirib, 12 qələbə qazanıb, 6 heç-heçə edib, 7 görüşdə isə məğlub olub. Hazırda “Ayaks” daxili çempionatda 18 oyundan 34 xalla 5-ci yeri tutur.