"Ayaks" "Çelsi"dən 55 milyon avro tələb edir

"Çelsi" "Ayaks"ın niderlandlı sol cinah müdafiəçisi Jorrel Hato üçün 41 milyon avro təklif edib.

Sportline.az jurnalist Mayk Verveyin məlumatına istinadən xəbər verir ki, Niderland klubu təklifi rədd edib.

"Ayaks" futbolçusu üçün 55 milyon avro tələb edir.

Qeyd edək ki, Hatonun klubla sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.