"Ayaks" "Fənərbağça"nın ulduzuna göz dikib
"Fənərbağça"nın "parlayan ulduzu" Ferdi Kadıoğluna "Napoli"nin ardından "Ayaks" da göz dikib.
Sportline.az xəbər verir ki, bu mövsüm 33 rəsmi matçda meydana çıxan 23 yaşlı yarımmüdafiəçi üçün "Ayaks" 10 milyon avro təklif edəcək.
"Fənərbağça" isə futbolçunu 20 milyon avrodan aşağı qiymətə satmaq istəmir.