“Ayaks” - “İnter”: Düşərgələrdəki son vəziyyət
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunun oyunları davam edir.
Sportline.az xəbər verir ki, “Ayaks” “Yohan Krouyf” arenada “İnter”lə qarşılaşacaq.
Niderland klubunda Aaron Brouman və Branko van de Boomen zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
“İnter”in heyətində isə Lautaro Martines və Matteo Darmian oyunda iştirak etmələri sual altındadır. Belə ki, sözü gedən oyunçular zədədən əziyət çəkir.
Qeyd edək ki, start fiti saat 23:00-da səslənəcək oyunu ingiltərəli Maykl Oliver idarə edəcək.