"Ayaks" "Mançester Yunayted"lə rəqabətə girdi

"Ayaks" yeni baş məşqçi axtarışındadır.

Sportline.az xəbər verir ki, Amsterdam klubu bu məqsədlə Qrem Potterin ovuna çıxıb.

Bu haqda "The Telegraph" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, niderlandlılar bu mövzuda "Mançester Yunayted"lə rəqabətə giriblər.

"Qırmızı şeytanlar"ın da ingiltərəli mütəxəssislə ciddi maraqlandığı haqda xəbərlər dolaşmaqdadır.

Eyni zamanda "Milan", "Port" və "Feyenord"un da Potterin xidmətində maraqlı olduğu bildirilir.