"Ayaks" "Qarabağ"la oyuna belə çıxacaq
"Ayaks" komandası UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Qarabağ"a qarşı oyuna ciddi itkilərlə çıxacaq.
Sportline.az xəbər verir ki, bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb.
Amsterdam təmsilçisinin 6 futbolçusu sabahkı görüşə çıxa bilməyəcək.
Söhbət Kennet Teylor, Vout Veqhorst, Yosip Şutalo, Ceyms Makkonnell, Cerald Aalders və Stiven Berqhuisdən gedir.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" oyunu saat 21:45-də başlanacaq.