“Ayntraxt” “Qalatasaray”ı darmadağın etdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turuna yekun vurulub.

Sportline.az xəbər verir ki, "Ayntraxt" öz meydanında "Qalatasaray"la qarşılaşıb.

Görüş Almaniya klubunun böyük hesablı qələbəsi ilə nəticələnib. 

"Ayntraxt" 5-1 "Qalatasaray"

Qollar: Yunus Akgün, 8, Davinson Sançes (avtoqol), Can Uzun, 45+2, Conatan Burkard, 45+4, 66, Ansqar Knauff, 75

Qeyd edək ki, "Ayntraxt" 3 xalla yarışa başçılıq edir.