"Ayntraxt"dan "Barselona"ya
"Barselona" yay transfer pəncərəsi üçün yeni futbolçu ilə razılaşıb.
Sportline.az "Sport1"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Ayntraxt "ın müdafiəçisi Evan Ndika ilə anlaşıb.
Klub 23 yaşlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatacaq. "Barselona" Evan ilə müqavilə imzalamaq üçün alternativ variantları nəzərdən keçirir.
Fransalı oyuçunun "Ayntraxt"la müqaviləsi bu mövsümün sonuna kimi hesablanıb. Artıq onun Almaniya təmsilçisi ilə müqaviləni uzatmayacağı dəqiqləşib.