"Ayrılarmı könül candan, Türkiyə-Azərbaycan?!"

Azərbaycan Premyer Liqasının 22-ci turunda hazırda davam edən “Turan Tovuz” - “Kəpəz” matçında futbolçular tərəfindən pankart açılıb.

Sportline.az xəbər verir ki, oyunçular bu vasitə ilə Türkiyədə baş verən güclü zəlzələyə görə qardaş ölkəyə dəstək olublar. “Ayrılarmı könül candan, Türkiyə-Azərbaycan?! Başımız sağ olsun!” - deyə pankartdakı yazıda qeyd edilib. Həmçinin pankartda Türkiyə və Azərbayca bayraqları da yer alıb.

Tovuz şəhər stadionunun tribunaları da Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilib.

Banner