Ayxan Abbasov Abdullah Avcı ilə görüşdü
"Sumqayıt" Futbol Klubunun baş məşqçisi Ayxan Abbasov təcrübə məqsədi ilə Türkiyə Super Liqası təmsilçisi, hazırda adıçəkilən turnirin lideri olan "Trabzonspor"un düşərgəsinə yollanıb.
Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradəniz təmsilçisinin bir neçə məşqini izləyən Abbasov daha sonra isə həmkarı, adıçəkilən klubun çalışdırıcısı Abdullah Avcı ilə görüşüb və onun iş sistemi ilə yaxından maraqlanıb.
Görüş zamanı Abdullah Avcıya Ayxan Abbasov tərəfindən "Sumqayıt" Futbol Klubunun "61" nömrəli oyun geyimi təqdim olunub.