Ayxan Abbasov üç futbolçuya ehtiyac duymayıb

Milli komanda bu gün DÇ-2026-nın seçmə mərhələsində ciddi sınağa çıxacaq.

Sportline.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov Fransa seçməsi ilə oyun üçün “23-lüyü” müəyyənləşdirib.

O, bugünkü görüşdə “Sumqayıt”dan Səbuhi Abdullazadə, “Zirə”dən İsmayıl İbrahimli və Ceyhun Nuriyevin xidmətinə ehtiyac duymayıb. 

Qeyd edək ki, bu gün Parisdə keçiriləcək Fransa - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.