Az məvacibə görə "Ayaks"a imtina etdi

"Çelsi"nin sabiq çalışdırıcısı Qrem Potter "Ayaks"ın təklifindən imtina edib.

Sportline.az xəbər verir ki, buna Amsterdam klubunun ilkin danışıqlarda təklif etdiyi məvacibin azlığı səbəb olub.

Bu haqda "AD" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, niderlandlılar artıq digər mütəxəssislərin namizədliyini gözdən keçirirlər.

Qeyd edək ki, Potter 2022-ci ilin sentyabrından 2023-cü ilin aprelinədək "Çelsi"ni çalışdırıb.