Azad Mustafayev: "Pul yığılan kimi avtobus alınacaq"

"Kəpəz"in avtobus almaq üçün başlatdığı “Kəpəz100k” layihəsi davam edir. İanəçilər veb platformada yerləşdirilən 7140 pikseldən ibarət olan qrafik futbol meydançasından 1, 4, 9 və ya 16 ədəd piksel əldə edə bilər.

Sportline.az saytına açıqlama verən "Kəpəz"in mətbuat katibi Azad Mustafayev avtobus problemi barədə belə deyib: "Avtobus "kəpəz100k" layihəsinə bağlı məsələdir. Pul yığılan kimi avtobus alınacaq".

Qeyd edək ki, Azərbaycan futbolu tarixində "yenilməz armada" ləqəbli, üçüncü ən titullu klub olan “Kəpəz”ə dəstək məqsədilə ianə edən şəxslərdən toplanan 100.000 AZN kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.

Banner