Azarkeşlər UEFA-nın yeni qərarına sevindilər
Bu mövsüm avrokubokların qrup mərhələsindən etibarən komandaların səfər oyunlarına azarkeşlərinin buraxılmasına icazə veriləcək.
Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın İcraiyyə Komitəsi qərar qəbul edib. Ölkələrin səlahiyyətli orqanlarının icazə verəcəyi təqdirdə səfər komandalarının fanatlarının tribunalara buraxılacağı bildirilib.
Qeyd edək ki, Azərbaycanı avrokubokların qrup mərhələsində yalnız "Qarabağ" təmsil edir. Ağdam təmsilçisi Konfrans Liqasında H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) ilə birgə yer alıb.