Azərbaycan - Almaniya matçına biletlər tükəndi
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununa bütün biletlər satılıb.
SportLine.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Onlayn bilet alanlar biletlərini “28 Mall” ticarət mərkəzi, “Park Bulvar” ticarət mərkəzi və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında əldə edə bilərlər.
Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü sabah saat 20:00-da başlayacaq.