Azərbaycan - Avstriya görüşünün hakimləri müəyyənləşdi
17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Avstriya - Azərbaycan oyunu üçün hakim təyinatları açıqlanıb.
SportLine.az xəbər verir ki, qarşılaşmada əsas söz sahibi Farer adalarından Petur Reynert olacaq. Ona Endryu Kristensen (Ferar adaları) və Daniel Mitruti (Rumıniya) köməklik edəcək. Dördüncü hakimi funksiyasını Katalin Qaman (Rumıniya) yerinə yetirəcək.
Qeyd edək ki, Avstriya - Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.