Azərbaycan birinciliyinə yekun vurulub

Astara Olimpiya İdman Kompleksində keçirilən 17 yaşadək güləşçilər arasında Azərbaycan birinciliyinə yekun vurulub.

Sportline.az xəbər verir ki, sonuncu yarış günündə yunan-Roma güləşi üzrə 48, 55, 65, 80 və 110 kq-da qaliblər müəyyənləşib.

Qurban Məcnunov (48 kq), Ayxan Əsədli (55 kq), Ramil Musayev (65 kq), Nicat Yeylaqaliyev (80 kq) və Rihad İbrahimli (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, sabah eyni məkanda qadın güləşi üzrə U-15 və U-17 ölkə birinciliyi baş tutacaq.