Azərbaycan çempionatında əsas mərhələnin son oyunlarının vaxtı müəyyənləşib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında əsas mərhələnin son oyunlarının vaxtı müəyyənləşib.

Sportline.az xəbər verir ki, görüşlər aprelin 4-də və 8-də keçiriləcək.

Əvvəlcə sabah saat 17:00-da “Murov Az Terminal” öz meydanında MOİK-lə üz-üzə gələcək. Eyni vaxtda Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Azərreyl” və “Neftçi” komandaları qarşılaşacaqlar.

Aprelin 8-də çempionatın əsas mərhələsində son turun oyunları baş tutacaq. “Murov Az Terminal”ın idman zalında “Neftçi” və MOİK münasibətlərinə aydınlıq gətirəcəklər. Günün digər oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Murov Az Terminal”la “Azərreyl” arasında olacaq. Hər iki qarşılaşma saat 17:00-da başlayacaq.

Daha sonra çempionatda pley-off görüşləri baş tutacaq və komandalar yarımfinalda üz-üzə gələcəklər.

Qeyd edək ki, hazırda “Azərreyl” 44 xalla turnir cədvəlinə başçılıq edir. Onu 40 xalla “Murov Az Terminal” izləyir. Hesabında 25 xal olan “Neftçi” isə üçüncü yerdə qərarlaşıb.