Azərbaycan çempionatında ilk tura yekun vurulub

Minifutbol üzrə Azərbaycan çempionatında ilk tura yekun vurulub.

Sportline.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

Bakı Tennis Akademiyasının meydançasında keçirilən görüşlərdə "Qalaksi" "Cənub Storm"u (6:1), "Lerik Əvilə" "Borçalı"nı (4:0), "Zirə" "Birbaşa Bakı"nı (2:1), "Siyəzən" isə "Gənclərbirliyi"ni (5:0) məğlub edib.

Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "Aznur" "Star Bakı"nı (18:2), "Atəşgah Suraxanı" "Lənkəran"ı (5:4), "DİN İdman Cəmiyyəti" "Bakı 145"i (5:3) üstələyib. "Sumqayıt" - "Buxar" duelində isə qalib müəyyənləşməyib - 2:2.