Azərbaycan çempionunun oyunu Afinada keçiriləcək

Futzal üzrə Çempionlar Liqasında ilkin mərhələnin oyunlarının vaxtı və yeri dəqiqləşib.

Sportline.az xəbər verir ki, koronavirus pandemyası üzündən yeni formatda keçiriləcək turnirdəki təmsilçimiz “Araz”ın Yunanıstan AEK-i ilə görüşünün başlama vaxtı da müəyyənləşib.

Azərbaycan çempionunun qarşılaşması noyabrın 29-da baş tutacaq. Görüş Afinadakı “Dais Sports Hall”da təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, ilkin mərhələnin 23 cütü bir oyundan ibarət duellərdə qalibi müəyyənləşdirəcək. Bu komandalar 1/16 finalda ilkin raunddan azad olan 9 kluba qoşulacaq.