Azərbaycan - Çexiya matçının hakimləri açıqlandı

DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Çexiya oyununun hakimləri müəyyənləşib. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, oktaybrın 5-nə təsadüf edəcək qarşılaşmada Fransadan olan hakimlər ədaləti təmsil edəcəklər.

Matçda əsas söz sahibi Benue Milyo olacaq. Ona həmyerliləri Yuliyen Paselli və Bertran Juano kömək edəcək. Frank Şnayder isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlanacaq.