Azərbaycan Çexiyaya qarşı

Azərbaycanın U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində 3-cü oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, komandamız səfərdə Çexiya ilə qarşılaşacaq.

Karvina şəhər stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Görüşü Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim FİFA referisi Yovan Kaçevski olacaq.

Qeyd edək ki, bunadək Portuqaliyaya 0:5 hesabı ilə uduzan millimiz, Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.

Avropa çempionatı, seçmə mərhələ

10 oktyabr

20:00. Çexiya U-21 - Azərbaycan U-21

Baş hakim: Yovan Kaçevski (Şimali Makedoniya)

Karvina şəhər stadionu

22:30. Portuqaliya - Bolqarıstan

9 oktyabr

Şotlandiya - Cəbəllütariq - 12:0