Azərbaycan gimnastı Avropa çempionatını 7-ci sırada bitirdi
Azərbaycanın daha bir idman gimnastı İsveçrənin Bazel şəhərində keçirilən Avropa çempionatının final mərhələsində çıxış edib.
Sportline.az xəbər verir ki, Marina Nekrasova dayaqlı tullanmada 13.933 xal toplayıb.
O, bu göstəriciyə görə 7-ci yeri tutub.
Qeyd edək ki, daha əvvəl İvan Tixonov çoxnövçülükdə 8-ci yerlə kifayətlənib.