Azərbaycan Gimnastika Federasiyasında yeni təyinat olub
Azərbaycan Gimnastika Federasiyasında (AGF) yeni təyinat olub.
Sportline.az xəbər verir ki, Aysel Sultanova AGF-nin mətbuat katibi təyin edilib.
Sultanova bu postda Sara Zeynalovanı əvəzləyib.
Qeyd edək ki, Aysel Sultanova əvvəllər "Olimpiya dünyası" qəzetində çalışıb.