Azərbaycan gimnastından Macarıstanda üç medal

Macarıstanın paytaxtı Budapeştdə idman gimnastikası üzrə gənclər arasında beynəlxalq yarış keçirilib.

Sportline.az Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda ölkəmizi Aydın Əlizadə, Rəsul Əhmədzadə və Anar Həsənov təmsil ediblər.

A.Əlizadə sərbəst hərəkətlər və dayaqlı tullanmada gümüş, halqalar ilə hərəkətlərin icrasında isə bürünc medal qazanıb.