Azərbaycan güləş məktəbinin yetirməsi olan dünya çempionu vəfat edib

Azərbaycan yunan-Roma güləşi məktəbinin yetirməsi olan Viktor Avdışev dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, o, 69 yaşında ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, 1956-cı ildə Göygöldə dünyaya gələn Viktor Avdışev gənclər arasında Avropa çempionu (1976), böyüklər arasında dünya çempionatının 2 qat (1978, 1983) və Avropa çempionatının (1983) bürünc medalçısı, SSRİ çempionu (1978) və SSRİ xalqları Spartakiadasının qalibi (1979) olub.