Azərbaycan güləşçiləri İslamiadada günü 3 medalla başa vurublar

Azərbaycan güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında günü 3 medalla başa vurublar.

Sportline.az xəbər verir ki, son olaraq bürünc medal uğrunda keçirilən görüşdə qadınlar arasında Nigar Mirzəzadə (68 kq) rəqiblərini üstələyərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Final qarşılaşmalarında uduzan Ruzanna Məmmədova (62 kq) və İslam Bazarqanov (57 kq) isə gümüş medal qazanıblar.

Sərbəst güləşçi Əli Rəhimzadə (65 kq) isə bürünc medal uğrunda qarşılaşmada uğursuz çıxış edib.

Beləliklə güləşçilərimiz günü 2 gümüş, 1 bürünc medalla bitiriblər.