Azərbaycan güləşçisi İslamiadanın gümüş medalını qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.

Sportline.az xəbər verir ki, idmançı finalda İran təmsilçisi Səid İsmailiyə 3:8 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, digər təmsilçilərimizdən Nihat Məmmədli, Ülvü Qənizadə (hər ikisi 60kq) və İslam Abbasov (87 kq) günü medalsız başa vurublar.