Azərbaycan - Hollandiya matçının hakimləri açıqlandı

Futzal üzrə Dünya çempionatının "pley-off" mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Hollandiya matçının hakimləri bəlli olub. SportLine.az xəbər verir ki, görüşün baş hakimi avstriyalı Gerald Bauernfeynd olacaq. Ona ukraynalı Oleq İvanov kömək edəcək.

12 aprel 2016
Dünya çempionatı, "pley-off" (Cavab oyunu)


20:00. Azərbaycan - Hollandiya

İlk oyun: 5:1
Hakimlər: Gerald Bauernfeynd (Avstriya); Oleq İvanov (Ukrayna)
Bakı İdman Sarayı