Azərbaycan Hollandiyanı məğlub etdi

İslandiyanın paytaxtı Reykyavikdə şahmat üzrə Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın 6-cı turunda komandalarımız fərqli nəticələrlə yadda qalıblar. 

Kişi şahmatçılardan ibarət komandamız Hollandiya qrossmeysterləri ilə qarşılaşıb. 3 heç-heçə və 1 qələbə əldə edən seçməmiz 2.5-1.5 hesabı ilə qalib gəlib. Polşa ilə üz-üzə gələn qadın qrossmeysterlərimiz isə turu məğlubiyyətlə başa vurublar. 1.5-2.5.

19 noyabr 2015
Avropa çempionatı
6-cı tur

Kişilər

Azərbaycan – Hollandiya - 2.5:1.5
Şəhriyar Məmmədyarov – Anşi Qiri - 0.5:0.5
Teymur Rəcəbov – Ervin Lami - 0.5:0.5
Arkadi Naydiç – İvan Sokolov - 1:0
Rauf Məmmədov – Sergey Tivyakov - 0.5:0.5

Qadınlar

Azərbaycan – Polşa - 1.5:2.5
Zeynəb Məmmədyarova – Monika Soçko - 0:1
Gülnar Məmmədova – İveta Raylix - 0.5:0.5
Nərmin Kazımova – Karina Şepkovska-Xorovska - 1:0
Xəyalə Abdulla – İonna Maydan-Qaevska - 0:1