Azərbaycan-İrlandiya görüşü macarlara həvalə olundu

21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsi davam edir. Sportline.az xəbər verir ki, komandamız növbəti oyunu İrlandiya seçməsinə qarşı keçirəcək. Qarşılaşmanı macarıstanlı hakimlər briqadası idarə edəcək. Baş hakim Sandor Szaboya Peter Kobor və Balaj Szert yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Balaj Berke yerinə yetirəcək. Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – İrlandiya görüşü saat 19:00-da başlanacaq.