Azərbaycan İtaliyaya qalib gəldi
Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatına hazırlığın İtaliya mərhələsini başa vurub. Sportline.az xəbər verir ki, komandamız sonuncu yoxlama matçıda yerli kollektivə qalib gəlib. Milanda keçirilən görüş Azərbaycan millisinin 3:2 (22-25, 13-25, 25-21, 25-20, 7-15) hesablı qələbəsi ilə bitib. Faiq Qarayevin komandası bu gün Bakıya dönəcək. Xatırladaq ki, bu rəqiblərinilk iki görüşündə italiyalılar qələbə qazanıblar. - 3:0 və 3:2. Təlim-məşq toplanışı 22 sentybar – 1 oktyabrda Azərbaycan və Gürcüstanda təşkil olunacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyır.