Azərbaycan Dünya Kubokuna qələbə ilə başladı

Bu gün Amerikanın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku start götürüb.

SportLine.az xəbər verir ki, "B" yarımqrupunda qərarlaşan Azərbaycan komandasının ilk rəqibi Kuba güləşçiləri olublar.

Qarşılaşma komandamızın inamlı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Firdovsi Umudovun rəhbərlik etdiyi kollektiv aprelin 8-də Qazaxıstan (saat 02:30) və Monqolustan (saat 19:00) komandaları ilə qarşılaşacaq.

Azərbaycan komandası ötən il keçirilən analoji yarışıda 3-cü yeri tutub. Buna qədər isə yığma 2 dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.

AZƏRBAYCAN - Kuba 8:2

57 kq - Georgi Edişeraşvili - Andreu Orteg R.(CUB) 7:3
61 kq - Əhmədnəbi Qvarzatilov - Yowlys Bonne Rordigues (CUB) 8:0
65 kq - Hacı Əliyev - Valdes Tobie A. (CUB) 2:8
70 kq - Coşqun Əzimov - Franklin Maren Castillo (CUB) 7:3
74 kq - Hacımurad Ömərov - Livan Lopez Azcuy (CUB) 2:6
79 kq - Cəbrayıl Həsənov - Yoan Adrian Zulueta Morales (CUB) 10:0
86 kq - Aleksandr Qostiyev - Yurieski Torreblanca Queralta (CUB) 3:2
92 kq - Aslanbek Alborov - Lazaro Daniel Hernandez Luis (CUB) 7:4
97 kq - Roman Bəkirov - Salas Perez R. (CUB) 3:0
125 kq - Cəmaləddin Məhəmmədov - Yudenny Alpajon Estevez (CUB) 3:2