"Qarabağ" "Qəbələ" finalda

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. SportLine.az xəbər verir ki, keçiriləcək görüşlərdən sonra finalçıların adları rəsmiləşəcək.

Çempionatda zirvə uğrunda mübarizə aparan "Qarabağ" və "Qəbələ"nin final şansları daha yüksək qiymətləndirilir. Hər iki komanda səfərdə keçirdiyi ilk görüşdə qələbə qazanıblar: Ağdam təmsilçisi iki cavabsız qolla, "radarlar" isə 3:1 hesabı ilə rəqibindən üstün olub. 

Qeyd edək ki, final oyunu mayın 5-də keçiriləcək.


05 aprel 2017
Azərbaycan kuboku, yarımfinal (Cavan oyunları)

“Qəbələ” – “İnter” - 2:0
QOLLAR: 
Daniel Subotiç, 12 (1:0); Baqali Dabo, 33 (2:0)
Qəbələ şəhər stadionu

İlk oyun – 3:1

“Qarabağ” – “Neftçi” - 0:0
Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun – 2:0

Banner