Azərbaycan kuboku: Yarımfinalçılar müəyyənləşir
Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinalçıların adlarına aydınlıq gələcək. SportLine.az xəbər verir ki, 1/4 final mərhələsinin bütün cavab görüşləri eyni gündə keçiriləcək.
İlk matç "İnter Arena"da olacaq. Birinci oyunda "Rəvan"a uduzan "İnter" məğlubiyyətin əvəzini doğma meydanda çıxmaq arzusundadır.
"Neftçi" də səfər məğlubiyyətini cavab görüşündə unutdurmaq niyyətindədir. "Ağ-qaralar" "Xəzər Lənkəran"ı mübarizədən kənarlaşdırmağa çalışacaqlar.
"Sumqayıt" - "Qarabağ" və "Qəbələ" - "Zirə" matçları da gərgin mübarizə vəd edir.
09 mart 2016
Azərbaycan kuboku, 1/4 final (Cavab oyunları)
14:00. “İnter” - “Rəvan”
(ilk oyun - 1:2)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov.
Bakı. “İnter Arena”.
15:00. “Sumqayıt” - “Qarabağ”
(ilk oyun - 0:2)
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Ziya Nəsirov.
Sumqayıt. “Kapital Bank Arena”.
15:00. “Qəbələ” - “Zirə”
(ilk oyun - 2:1)
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu.
17:30. “Neftçi” - “Xəzər Lənkəran”
(ilk oyun - 2:3)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Orxan Məmmədov.
Bakı. “Bakcell Arena”.