Azərbaycan kubokunun başlama vaxtı açıqlandı

Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunlarının başlama vaxtı açıqlanıb. SportLine.az xəbər verir ki, yeni mövsümün oktyabrın 12-də keçiriləcək ilk qarşılaşmaları eyni saatda start götürəcək.

Birinci divizion təmsilçilərinin mübarizə aparacağı mərhələnin matçları saat 14:00-da başlayacaq. Qərblilərin paytaxt təmsilçiləri ilə duellərində “Turan Tovuz” “Bakılı”nı, “Şəmkir” “Qaradağ Lökbatan”ı qəbul edəcək.

Azərbaycan kuboku
1/16 final
12 oktyabr (çərşənbə)

14:00. “Turan Tovuz”  - “Bakılı”

Tovuz şəhər stadionu

14:00. “Şəmkir” – “Qaradağ Lökbatan”

Şəmkir Olimpiya İdman Kompleksinin stadionu

Banner