Azərbaycan kubokunun oyunları təxirə salındı
Futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin iki görüşü təxirə salınıb.
Sportline.az xəbər verir ki, bu barədə federasiyasının rəsmi saytı məlumat yayıb.
Məlumata görə, martın 12-də keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Badamlı” və “Nəqşicahan” – “Baku Fans” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.
Oyunların keçirilmə tarixi barədə əlavə məlumat veriləcəyi qeyd edilib.