Azərbaycan kubokunun püşkü atıldı
Bu gün Azərbaycan kubokunda 2016/2017 mövsümünün püşkü atılacaq. SportLine.az xəbər verir ki, tədbir saat 12:00-da AFFA-nın inzibati binasında start götürəcək.
Bu mövsüm 18 komanda kubok uğrunda mübarizə aparacaq:
“Qarabağ”, “Zirə”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Neftçi”, AZAL, “Sumqayıt” yarışa 1/8 finaldan başlayacaq. I divizion təmsilçiləri - “Rəvan”, “Qaradağ Lökbatan”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Bakılı”, “Şahdağ”, “Şərurspor”, “Səbail” də kubokda qüvvəsini sınayacaq. “Ağsu”, “Energetik”, “Mil-Muğan” və “Göyəzən” isə bu dəfə yarışa qatılmayacaq.
Öncə təsnifat mərhələsinin iki cütü bəlli olacaq. Bu raundda I divizion təmsilçiləri görüşəcək.
Ardınca 1/8 finalın 8 cütü müəyyənləşəcək. Bunlardan 6-da iki komanda yer alacaqsa, 2-də bir klub ilk mərhələdəki cütlüyün qalibini gözləyəcək.
Kubokun təsnifat mərhələsi oktyabrın 12-də baş tutacaq. 1/8 final isə dekabrın 2-3-nə planlaşdırılıb.
İki oyundan ibarət olacaq 1/4 finalın matçları da bu il baş tutacaq. İlk oyunlar dekabrın 11-13-də, cavab qarşılaşmaları 20-21-də oynanılacaq. 2017-ci il martın 30-da və aprelin 5-də keçiriləcək yarımfinal matçlarında finalçılar bəlli olacaq. Həlledici qarşılaşma isə mayın 5-də oynanılacaq.
Təsnifat mərhələsi
1. "Turan Tovuz" - "Bakılı"
2. "Şəmkir" - "Qaradağ Lökbatan"
1/8 final
3. "Zirə" - "Turan Tovuz"/"Bakılı"
4. "Neftçi" - "Şərurspor"
5. "Qarabağ" - "Səbail"
6. "Sumqayıt" - MOİK
7. "İnter" - "Şəmkir"/"Qaradağ Lökbatan"
8. "Kəpəz" - "Şahdağ"
9."Qəbələ" - "Zaqatala"
10. AZAL - "Rəvan"
1/4 final
11. 3 cütünün qalibi - 4 cütütün qalibi
12. 5 cütünün qalibi - 6 cütünün qalibi
13. 7 cütünün qalibi - 8 cütünün qalibi
14. 9 cütünün qalibi - 10 cütünün qalibi
Yarımfinal
11 cütünün qalibi - 12 cütünün qalibi
13 cütünün qalibi - 14 cütünün qalibi
FİNAL