Azərbaycan kubokunun sahibi məlum oldu

Futzal üzrə Azərbaycan Kubokunun sahibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, final oyununda Yüksək Liqanın bürünc mükafatçısı "Neftçi" İK Birinci Liqanı 4-cü pillədə başa vuran "Alyans Qrup"la üz-üzə gəlib.

Rəqibini 6:2 hesabı ilə məğlub edən Yüksək Liqa təmsilçisi Azərbaycan Kubokunun sahibi olub.

Beləliklə, "Neftçi" İK 7-ci dəfə ölkə kubokunu qazanıb.